Rejissor Şamil Mahmudbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudioyasında axşamçağı, işdən sonra içmək istəyirmiş. Mağazaya gedib, hər şey alır, otağa gələndə tək olduğu üçün boğazından heç nə keçmir. Həmin vaxtlar Rasim Ocvaqov kinostudiyanın pavilyonunda çəkiliş aparırmış. Tez ora gedir ki, Rasim müəllimi çağırsın. Baxır, çəkiliş bitib, qapılar bağlanıb, bütün heyətlə birgə Rasim Ocaqov da çıxıb evinə gedib. Şamil müəllim elə darıxırmış, Rasim Ocaqovun kinostudiyaya gəlməsi üçün hər şeyə hazırmış. Amma nə etsin? Çox düşünəndən sonra axır ki, tapır və özünü yaradıcılığa qapdıranda kənar işlərə diqqətsiz olan Rasim müəllimin evinə zəng vurub deyir: "Pavilyonun işıqlarının hamısını yanılı qoymusan!"
Gur projektorlar, çəkiliş üçün nəzərdə tutulan başqa elektrik cihazları bir neçə dəqiqədə ağlagəlməz pul yazırdı. Odur ki, Rasim Ocaqov başqa kimisə axtarıb vaxt itirmək istəmir, pavilyonun açarını götürüb həyətə qaçır, taksiyə minib kinostudiyaya gəlir. Və gəlib görür ki, yalandır. Pavilyonun işıqları sönülüdür. Bu zaman Şamil Mahmudbəyov əlində araq koridora çıxır:
- Nə qədər xahiş etsəm ki, gəl içək, yorğunluğu bəhanə edib gəlməyəcəkdin. Bağışla, səni aldatmağa məcbur oldum.
Rasim Ocaqov başını bulaya-bulaya gülür və həvəslə Şamil müəllimin stol açdığı otağa keçir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























.jpg)

.jpg)




























