BDU-da “Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda seminar keçirildi

BDU-da “Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda seminar keçirildi

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində "Bəhmənyar klubu"nun təşkilatçılığı ilə "Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr" mövzusunda seminar keçirilib.

Əvvəlcə çıxış edən Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova seminarın məqsəd və mahiyyəti barədə ətraflı məlumat verib. O, belə seminarların həm görkəmli alimlərlə tələbələri yaxından tanış etmək, həmçinin fakültələrarası əlaqələrin inkişafında əhəmiyyətindən bəhs edib. Seminarda tanınmış türkoloq alim, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Gender və tətbiqi psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova, professor Qızılgül Abbasova, professor Əziz Məmmədov çıxış edib.

Çıxışçılar türk xalqlarının tarixi inkişafı, türk dünyasının yerləşdiyi coğrafi ərazinin əhəmiyyəti, türklərin sahib olduğu milli dövlətçilik ənənəsi, tarixdə mövcud olmuş türk dövlətləri, onların ümumbəşəri mədəniyyətə gətirdiyi yeniliklər, türk alimlərinin elmə verdiyi böyük töhfələr, türk dilli xalqların hazırki şəraitdə yaxınlaşma imkanları və ortaq türk dilinin yaradılması zərurəti, türk xalqlarının tarixində etnopsixoloji amillərin rolu kimi məsələlərdən bəhs ediblər.

Sonda seminar iştirakçılarına "Bəhmənyar klubu"nun yaradılması və fəaliyyətini əks etdirən bukletlər təqdim edilib.Moderator.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az