Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr 2017-ci il tarixlərində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala təqdim olunan filmlər kinematoqrafçılardan, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə AzərbaycandanRafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir.
Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə qızıl, II yerə gümüş, III yerə bürünc mükafat təqdim ediləcək. Festivalın ən yaxışı filmi isə "Qran-Pri" – diplom və mükafatla təltif ediləcək.
Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























