Rafiq Hüseynov-xatirələrdə yaşayacaq ömür

Rafiq Hüseynov-xatirələrdə yaşayacaq ömür

Xəbər verdiyimiz kimi, Almaniyaya müalicəyə aparılan Azərbaycanın məşhur diktoru, xalq artisti Rafiq Hüseynov orada xərçəng xəstəliyindən dünyasını dəyişib.

Mediainfo.az-ın Modern.az-a istinadən məlumatına görə, Şuşada doğulan (1946-ci ildə) Rafiq Hüseynov Bakıda - İçərişəhərdə yaşayarkən atasını çox erkən yaşlarında itirib, anası onu və bacısını çətinliklə böyüdüb.

Orta məktəbi bitirdikdən sonra şərqşünas olmaq istəyirmiş, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaşlı Rafiq iş tapmaq məqsidlə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir.

"Nə iş versəniz işləyəcəm" deyir və onu işıqçı işinə götürürər. İki il AzTV-də işıqçı kimi çalışır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir.

Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!".

Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var". Tarix Nəbi Xəzrinin yanılmadığını sübut edir...

Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır.

Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir...

Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi mükafata layiq görülüb.
26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib

Evli idi, Leyli adlı qızı var.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az