Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.
Bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
O bildirib ki, R. Hüseynov müalicə aldığı Düsseldolf şəhərindəki klinikada vəfat edib: "Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatda oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz.
Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı".
S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: "Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq".
Allah rəhmət eləsin.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























