Oktyabrın 20-dən 28-dək Bakıda dünyanın caz ifaçıları üçün bir növ ənənəvi bayrama çevrilmiş Beynəlxalq Caz Festivalı keçirilib.
Oxu.Az xəbər verir ki, festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edib.
Bakı Beynəlxalq Caz Festivalının sonuncu günləri - oktyabrın 26-da İsveçrənin "Mats Up" qrupu, 27-də isə İsveçin "Bobo Stenson trio"su caz həvəskarlarının qarşısında çıxış edib.
Bakı Beynəlxalq Caz Festivalı barədə məşhur "Euronews" telekanalında da süjet yayımlanıb. Telekanalın əməkdaşı Volfanq Şpindler builki festivalın proqramının möhtəşəm olduğunu vurğulayıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































