Bu yaxınlarda "Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.
Buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.
Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib.
Əldə etdiyimiz məlumata görə, ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir.
Xatırladaq ki, ötən ay "ATV"-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib.(ölkə.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























