İranlı rejissor Yaser Talebin çəkdiyi "Övladlar" filmi ABŞ-da mükafata layiq görülüb.
"Report" xəbər verir ki, ekran əsəri ABŞ-da təşkil olunan Royal Star Film Festivalında "Ən yaxşı xarici film" mükafatını qazanıb. Filmdə baş rolları Hasan Rüstemani, Viktoria Levşenikova, Hüseyn Mirzaguli, Mehrtaş Saidi ile Pagah Kakasoltani ifa edir.
Ekran əsəri övladını xaricə təhsil almaq üçün göndərən, ancaq ondan xəbər ala bilmədikləri üçün axtarışlara başlayan ailənin yaşadıqlarından bəhs edir.
Qeyd edək ki, film bundan əvvəl ABŞ-da keçirilən Longleaf Film Festivalında mükafata layiq görülüb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































