Bir müddətdir ki, "Bollywood night" layihəsi ilə bağlı reklam və dəvətlər səslənir. Mediainfo.az-ın verdiyi məlumata görə, həftənin əvvəlində bu tədbirin təşkilatçısı və iştirakçıları ilə görüş keçirildi. Tədbirdə Full House Entertainment İdarəetmə direktoru Dia Soun Xe, Azərbaycanın Hindistandakı Assosiasiyasının prezidenti Sobu T. Abraham, xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, axşamın aparıcıları Nərminə Ağasi və Samir Bayramlı iştirak edirdilər. "Bollywood night" Azərbaycan və Hindistan arasında diplomatik münasibətlərin 25 illiyi və Hindistanın müstəqilliyinin 70-ci ildönümünə həsr olunmuşdur. Təbii ki, Faiq Ağayev, Könül Kərimova, Kamran Həsənli kimi məşhurların sırasında Hindistanın "Madonnası" sayılan Alişa Çinay da var idi. Alişa Çinay bütün məşhur Hind filmlərində səslənən mahnıların ifaçısıdır. Bu mahnılar da məhz konsert proqramına salınıb. Bundan əlavə konsertdən 2 saat öncə sərgi-yarmarka keçiriləcək ki, burada hind mədəniyyəti və sənətkarlığına aid əşyalar həm sərgilənəcək, hm də onları əldə etmək imkanı yaranacaq. Konsert zamanı tamaşaçılara əməkdar incəsənət xadimi modelyer Fəxriyyə Xələfovanın defelesi də keçiriləcək. Burada iki ölkəyə aid müxtəlif çeşidli kolleksiya təqdim olunacaq. Respublikanın xalq artisti Faiq Ağayev isə Bollivudun Azərbaycanda Ulduz Səfiridir. Müğənninin bildirdiyinə görə, konsertdə ifa olunan mahnılar sorğu əsasında seçilib.
"Bollywood night" bayramı noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
Ayəndə Dadaşova
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“


























.jpg)

.jpg)


























