Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb.
Bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, həkimlər müayinədən sonra R. Hüseynovun səhhəti barədə açıqlama verəcəklər: "Dünən Düsseldorf şəhərindəki klinikalardan birinə gəlmişik. Hazırda həkimlər konsilium aparırlar. Mənə heç bir məlumat verilməyib, özüm də gözləyirəm ki, həkimlərin qərarı nə olacaq. Yolda problemimiz olmadı, hazırda da vəziyyəti stabildir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur".
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































