Nişantaşındakı bir zərgərlik dükanına baş vuran Bülent Ersoy oradan külli miqdarda dəyəri olan qızıl-zinət əşyaları aldıqdan sonra çıxışda paparasiyaya yaxalandı. O, kameralara yeni xəzi ilə poza verməyi də unutmadı. Türk səhnəsinin divası, "Yalandan nə deyim? Bu geyindiyim təmiz şinşilladır və Türkiyədə yalnız məndə var. Allah yaratdıqları içərisində ən çox insanı sevir. Heyvanı da insana faydası olsun deyə, ətindən, südündən, gücündən, dərisindən istifadə edək deyə yaradıb. Mən bunu geyinirəm, o demək deyil ki, heyvan sevmirəm. Mənim də evdə iki itim var. Amma dəyəri 250 min lirə (125 min manat) olan xəzimdən də vaz keçə bilmirəm".
Oxumeni.az qeyd edir ki, görüntüsü siçan, sincab və ya dovşan dərisinə bənzəsə də, şinşilla əsasən Cənubi Amerikada yaşayan bir gəmiricidir. Dünyanın ən bahalı kürkü olan heyvanıdır. Hər sm-də 25 min ədəd tük var və bu da onu xəz dünyasında heyvanlar arasında çempion edir.
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























