45 minlik itki, 40 minlik eniş - Şou-biznes ÇALXALANIR

45 minlik itki, 40 minlik eniş - Şou-biznes ÇALXALANIR

“İnstagram”da son günlər yaşanan kütləvi izləyici itkisi Azərbaycan şou-biznesində ciddi müzakirələrə səbəb olub. Bir gecənin içində tanınmış simaların səhifələrindən minlərlə izləyicinin silinməsi sosial şəbəkədə çaşqınlıq yaradıb. Bloger Aynişan Quliyeva 45 min, Gülarə İsgəndərli 4 min, aparıcı Türkan Məmmədli 6 min, aktrisa Ülviyyə Xəlilbəyli isə 40 min izləyici itirdiyini açıqlayıb.

Məşhurlar ard-arda paylaşım edərək “instaqram” dakı bu qəfil azalmanın səbəbini anlamağa çalışdıqlarını bildiriblər. Nadir Qafarzadə də izləyici sayında ciddi azalma olduğunu deyib. O 43 min izləyicisini itirib.

Mövzu sosial şəbəkələrdə çaşqınlıq yaradıb və istifadəçilər arasında müxtəlif versiyaların yayılmasına səbəb olub.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Yeni Sabah”a açıqlamasında bildirib ki, izləyici sayındakı azalmanın əsas səbəblərindən biri platforma tərəfindən saxta və süni hesabların silinməsidir:

“İnstagram”da izləyici sayının azalmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri saxta və süni şəkildə yaradılmış hesabların platforma tərəfindən silinməsidir. Bəzi hallarda reklam və marketinq agentlikləri tərəfindən kütləvi şəkildə follower artırılması həyata keçirilir. Instagram isə bu cür qeyri-real aktivliyi aşkar edərək həmin hesabları deaktiv edir və ya silir”.

Onun sözlərinə görə, süni şəkildə artırılan izləyicilər “İnstagram” tərəfindən aşkarlanaraq silinir və ya deaktiv edilir:

“Digər səbəb isə qeyri-aktiv istifadəçilərlə bağlıdır. Məsələn, bəzi şəxslər illər əvvəl hesab yaradıb, lakin uzun müddətdir platformadan istifadə etmirlər. Instagram bu cür passiv hesabları da mərhələli şəkildə silə və ya deaktiv edə bilir.

Nəticədə izləyici sayında azalma baş verir. Əslində isə platforma bununla real və aktiv followerlərin qalmasına çalışır. Əgər blogerlər və ya ictimai şəxslər izləyici sayının azalmasından narahatdırsa, bu, daha çox vaxtilə süni follower xidmətlərindən istifadə olunması ilə bağlı ola bilər”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.14

2026.05.13

2026.05.12

2026.05.11

2026.05.10

2026.05.09

2026.05.08

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az