Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə birgə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində və Təlim-Tədris Mərkəzində olublar.
Mediainfo.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, nazirlər şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə tanış olub, hərbi hissənin sərəncamında olan yeni silah və hərbi texnikaya, eləcə də bir sıra hərbi infrastruktur obyektlərinə baxış keçiriblər.
Sonra Müdafiə nazirləri Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər.
Qonaqlar hərbi təhsil müəssisəsi ilə tanış olublar. Vurğulanıb ki, dövlət rəhbərliyinin himayəsi və yüksək qayğısı ilə liseydə ən müasir şərait yaradılıb. Burada kursantların təhsili ilə yanaşı sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsi də daim diqqət mərkəzindədir.
Daha sonra liseyin pedaqoji kollektivi və kursantlarla görüşən nazirlər tədris korpusunda və yataqxanada yaradılan şəraitlə tanış olublar.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























