“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”.
Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin qarşıdakı 5 illik fəaliyyət proqramını təqdim edərkən deyib.
O bildirib ki, Ermənistan vətəndaşları son seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməklə, yeni Konstitusiyanın qəbul edilməsi gündəliyinə də səs veriblər: “Yeni Konstitusiyanın qəbul edilməsi partiyanın seçki proqramının əsas müddəalarından biri idi”.
Paşinyan bunu belə əsaslandırıb ki, Ermənistan xalqının öz legitim və azad iradəsi ilə qəbul edilmiş Konstitusiyaya malik olmaq, hüquqi sistemi və yaşayış qaydalarını özü müəyyənləşdirmək hüququ var.
Yeni Konstitusiyanın mətninə gəlincə, Baş nazir vurğulayıb ki, sənəd yaxın aylarda dərc olunacaq. O, 1990-cı il Ermənistanın Müstəqillik Bəyannaməsinə yeni Konstitusiyada istinad edilməyəcəyini söyləyib.
Paşinyan bunu Ermənistanda separatçı “Qarabağ hərəkatı”nın davam etdirilməməsi və onun başa çatdırılması barədə qərarın qəbul edilməsi ilə əlaqələndirib:
“Biz bu qərarı qəbul etmişik və xalq da bu qərarı təsdiqləyib. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək “Qarabağ hərəkatı”nı davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı. Biz isə bunu edə bilmərik”.
Nikol Paşinyan xüsusilə son parlament seçkilərindən sonra bunun mümkün olmadığını deyib. Onun sözlərinə görə, xalq seçkilərdə sülhün lehinə səs verib və sülh gündəliyi artıq bütün ölkənin gündəliyinə çevrilib:
“Buna görə də Azərbaycanla əldə edilmiş sülhün qorunması, möhkəmləndirilməsi və institutsionallaşdırılması hökumət üçün prioritet gündəlikdir”.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























