SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim PetroKimya Holding A.Ş."nin ərazisində tikilən "Star" neft emalı zavodu bu gün fəaliyyətə başlayır.
Türkiyənin emal olunmuş neft ehtiyacının 25 faizini qarşılayacaq zavodun real sektorun bir sahəyə qoyduğu ən böyük investisiya olduğu qeyd olunub.
Məlumata görə, illik 10 milyon ton xam neft emal etmək gücünə malik zavod bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək açılış mərasimi ilə fəaliyyətə başlayacaq.
"Star" Türkiyədə ilk dəfə Strateji Təşviq sənədi alan şirkət kimi tarixə düşüb. Zavod Türkiyənin hər il neft məhsulları idxalından 1.5 milyard dollar qənaət etməsinə zəmin yaradacaq.
İnşaatında 3 mindən artıq mühəndis, 14 ölkədən 19 min 500 işçinin çalışdığı zavod fəaliyyətə başladıqdan sonra 1100 nəfəri işlə təmin edəcək. (axar.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































