ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi müharibəyə başladığını elan edib. Oxuməni az xəbər verir ki, Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb: "Bu gün mən indiyədək hər hansı bir ölkəyə qarşı həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyatı elan edirəm. Bu, görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq".
Eyni zamanda, o, İrana dəstək verən və ya onunla biznes əlaqələri quran hər hansı ölkəni "nəhəng" sanksiyalarla hədələyib. "İran təhdidini təcrid etmək və məğlub etmək üçün bütün müttəfiqlərimizin dəstəyinə ehtiyacımız var", - deyə Tramp vurğulayıb.
Daha əvvəl ABŞ Tehranın enerji ixracından gələn gəlirlərini kəsmək məqsədilə İranın neft, gəmiçilik və maliyyə sektorlarına qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişdi. Trampın son addımı, görünür, ABŞ-ın aprelin əvvəlində elan etdiyi "İqtisadi qəzəb" (Economic Fury) əməliyyatı çərçivəsində təzyiq kampaniyasının davamıdır.
Qeyd edək ki, avqustun 18-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, kommersiya mübadilələri və maliyyə əməliyyatlarının növbəti bildirişədək dayandırıldığını elan edib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























