ABŞ senatında Rusiya qazından imtinanın əvəzində Avropaya maliyyə yardımı göstərilməsi barədə yenin qanun layihəsi müzakirə ediləcək.
Mediainfo.az-ın Blumberq agentliyinə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyasından olan Ron Conson və Demokratlar Partiyasından Kris Merfi Avropanın enerji layihələrinin həyata keçirilməsi üçün milyard dollar yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini Senata təqdim ediblər. Senatorların məqsədi bu yolla Avropanın Rusiyadan qaz asılılığını azaltmaq və minimuma endirməkdir. Merfi bildiirb ki, Avropanın böyük hissəsi Rusiya qazından asılıdır və Moskva bundan istifadə edərək onlara təzyiq göstərir.
Xatırladaq ki, bu ilin yayında Avropa İttifaqı ABŞ-dan gətiriləcək sıxılmış qazın qəbulu üçün terminallar inşasına maliyyə yardımı ayırmağa hazır olduğunu bəyan edib. ABŞ sıxılmış qazını Avropaya göndərməklə öz müttəfiqlərinin Rusiyada asılılığını azaltmaq və bazardan onları sıxışdırıb çıxarmaq niyyətindədir.
ABŞ həmçinin Rusiyanın Avropaya yeni qaz kəməri olan "Şimal axını"nın da inşasının əleyhinədir və buna hər vasitə ilə mane olmağa cəhd edir
Əziz Mustafa
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































