İran İslam Respublikasının Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş olub.
Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, txarakterli görüş İran tərəfinin dəvəti əsasında baş tutub.
Azərbaycan Respublikasını Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimovun, İran İslam Respublikasını isə bu ölkənin "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Davər Arəngin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.
Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































