Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məşğulluq mərkəzləri tərəfindən sentyabr ayında 238 işaxtaran və işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Mediainfo.az-ın ƏƏSMN Mətbuat Xidmətindən aldığı məlumata görə, onlardan 44-ünün əmək haqqı xərcləri məşğulluq mərkəzləri tərəfindən maliyyələşdirilib, 194-ünün əmək haqqı xərcləri müəssisə tərəfindən ödənilib.
Haqqı ödənilən ictimai işlərə Naxçıvan MR üzrə 50, Gəncə şəhəri Nizami rayonu üzrə 15, Ağstafa rayonu üzrə 3, Daşkəsən rayonu üzrə 10, Qazax rayonu üzrə 16, Qax rayonu üzrə 10, Qəbələ rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Beyləqan rayonu üzrə 22, Hacıqabul rayonu üzrə 20, Tərtər rayonu üzrə 20, Xocavənd rayonu üzrə 12 , Şamaxı rayonu üzrə 44 nəfər cəlb olunub.
Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































