Azərbaycan Respublikasının Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.
Mediainfo.az-ın DGK Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
Azərbaycan tərəfini Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun rəisi Hüseyn Məsumovun rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.
Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının Astara gömrük-sərhəd keçid məntəqəsində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında növbəti görüş olub.
Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
Azərbaycan tərəfini Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun rəisi Hüseyn Məsumovun rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.
Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































