Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Məmmədova Nigar Fikrət qızı nazirliyin Protokol sektorunun müdiri vəzifəsinə təyin olunub.
Mediainfo.az-ın ƏƏCMN Mətbuat Xidmətindən aldığı məlumata görə, N.Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.
MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































