Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında professor və müəllim heyətinin, əlaqələndirici nümayəndələrin, metodistlərin, aidiyyəti üzrə ekspertlərin, həmçinin təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə "Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları" və "Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması" mövzularında hüquqi maarifləndirmə seminarı keçirilib.
Mediainfo.az-ın DMX Mətbuat Xidmətindən aldığı məlumata görə, ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova ictimai maarifləndirmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin miqrasiya sahəsində hüquqi biliklərinin artırılmasına xidmət edən seminarın əhəmiyyətindən danışıb. İştirakçılar adından belə bir maarifləndirmə tədbirinin təşkilinə görə minnətdarlıq edib.
Seminarda Ağsu regional miqrasiya idarəsinin məsul əməkdaşları qanunvericiliyə edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat veriblər.
Həmçinin diqqətə çatdırılıb ki, DMX ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər görülür.
Seminarda DMX-nin elektron xidmətləri barədə geniş məlumat verilib. Video-slaydlar vasitəsilə elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə izah olunub.
Mövzularla bağlı verilən suallar qanunamüvafiq qaydada cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































