Putinin Bakıya yeni təklifi: mühüm əməkdaşlıq

Putinin Bakıya yeni təklifi: mühüm əməkdaşlıq

Rusiya Azərbaycana yeni investisiya yatırmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm iqtisadi əhəmiyyətə malik olduğunu bildirib:

"Avropa dövlətləri və ABŞ bir sıra ölkəyə qarşı sanksiyalar tətbiq edib. Rusiya və İran sanksiyaların qarşısını müəyyən qədər almaq üçün digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirirlər. Putinin rəhbərliyi altında Rusiya nümayəndə heyəti hazırda Azərbaycanda səfərdədir. Dövlətlərarası birgə biznes forumunda 300-dən çox nümayəndə iştirak edir, onlar arasında müəyyən bölgələrin qubernatorları da yer alır. Rusiya çalışır ki, Azərbaycana yeni investisiya yatırsın və Bakı ilə ticarət əlaqələrini daha da genişləndirsin. Hətta Rusiya tərəfi Azərbaycana texnika və gübrə verməklə istehsal olunan məhsulun satışını öz üzərinə götürür. Bu təklif hazırkı iqtisadi əlaqələrin inkişafına yeni təkan verə bilər. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri yüksək səviyyədədir. Rusiya qonşu dövlətdir, yol və digər xərcləri aşağıdır, ona görə də bu dövlətlə iqtisadi əlaqələr daha yüksək səviyyəyə qaldırılacaq".

Qeyd edək ki, bu gün IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az