Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirməsi və qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi məqsədi ilə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib.
Mediainfo.az-ın DMX Mətbuat Xidmətindən aldığı məlumata görə, Regional miqrasiya idarəsinin məsul əməkdaşları iştirakçılara miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər haqqında məlumat verib, onları maraqlandıran sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıblar.
Elə həmin gün, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən DMX-yə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi ilə Zaqatalada səyyar xidmət təşkil olunub. Səyyar xidmətin imkanlarından 25 şəxs istifadə edib. Belə ki, onlardan 14-nə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 6-na vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 5 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahıları təqdim olunub.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































