Ermənistanda neft və qaz yataqları tapılıb, amma keçmiş hakimiyyətlər onların işlənməsi üçün maneələr yaradıblar.
Bunu jurnalistlərə açıqlamasında İnteqral Petroleum MMC-nin baş direktoru Vaçaqan Petrosyan deyib. Onun sözlərinə görə, "İnteqral Petroleum" 2012-ci ildən bu yana Ermənistanda neft və qaz axtarışları aparır:
"Tədqiqatlar Armavir vilayətində qaz yataqları tapmağa yardım edib. İlkin qiymətləndirmədə onun həcminin 15 milyard kub metr olduğunu müəyyən edib. 2016-cı ildə isə şirkət neft axtarışına başlayıb. Nəticədə 35,8 milyon ton neft ehtiyatı aşkarlanıb".
##
O, 2016-cı ilin iyununda bu yataqların işlənməsi üçün Serj Sərkisyana müraciət etdiyini və eks-prezidentin buna yardım edəcəyini bildirib:
"Bir ay sonra "Taşir" şirkətinin rəhbəri Samvel Karapetyan mənə yardım edəcəyini və mütəxəssislərini buraya göndərəcəyini bildirdi. Mütəxəssislər yataqların perspektivli olduğunu təsdiq etdi. Daha sonra Karapetyanla gələcək iş barədə danışsaq da, sonradan bütün əlaqələr dayandırıldı. Energetika Nazirliyi bizim lisenziyamızın bitməsini gözlədi".
Qeyd edək ki, Ermənistanda neft axtarışları 1947-1991-ci illər ərzində aparılıb. Bu tarix ərzində 208 quyu qazılsa da, bir qaşıq da neft tapılmayıb.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































