Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası keçirilir.
Mediainfo.az-ın DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən aldığı məlumata görə, sessiyada nüvə təhlükəsizliyi, radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, fiziki nüvə təhlükəsizliyi, Texniki Əməkdaşlıq Sahəsində Agentliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak edir.
Sessiya çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçiriləcək "Sərhəd-keçid məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsinin konsepsiyası, bu sahədə müvafiq təlimlərin keçirilməsi və DGK-nın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq avadanlıqların verilməsi müzakirə olunacaq.
Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































