Sentyabrın 15-dən başlayaraq Gürsüstan Gömrük xidməti Lars sərhəd-keçid məntəqəsindən Ermənistana buğda daşıyan maşınları buraxmır.
Mediainfo.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə sərhədin Rusiya hissəsində böyük tıxac əmələ gəlib. Məsələ ilə əlaqədar Ermənistanın müvafiq qurumları Gürcüstan rəsmiləri ilə əlaqə saxlayıblar. Gürcüstan tərəfi isə öz növbəsində baş verənlərdə "problem"in olmadığını bildirib. Qeyd edək ki, oktyabr ayının 1-dən Gürcüstan quru yolla Rusiyadan və digər yerlərdən Ermənistana buğda daşıyan maşınlara öz ərazisindən yol verməyəcək. Gürcüstan tərəfi bunu buğda daşıyan çoxtonnajlı maşınların yolları sıradan çıxarması ilə əlaqələndirib və buğdanın dəniz portu vasitəsi ilə daşınmasını Ermənistana təklif edib. Tərəflər bu məsələdə razılığa gəliblər. Lakin Ermənistan oktyabr ayının birinə kimi ölkəyə Rusiyadan lazım olan həcmdə buğdanın daşınması üçün tələm-tələsik yüzlərlə çoxtonnajlı maşın cəlb edib. Ermənistanın məqsədini başa düşən Gürcüstan isə öz növbəsində Larsdan Ermənistana buğda daşıyan maşınları buraxmır. Hazırda Ermənistan tərəfi vəziyyətdən çıxış yolu axtarır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































