Qırğız Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 18-ci iclası keçirilib.
Mediainfo.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leyteantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclas zamanı gömrük xidmətlərinin rəhbərləri gömrük sahəsində cinayət və hüquqpozmaların aşkar olunması və qarşısının alınması üzrə təcrübə, eləcə də MDB məkanında iqtisadi təhlükəsizliyin təmin olunması ilə bağlı birgə tədbirləri müzakirə ediblər.
Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının beynəlxalq poçt və ekspress-kuryer göndərişləri vasitəsilə qanunsuz dövriyyəsi ilə mübarizə, eləcə də MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə fəaliyyətinin informasiya-analitika təminatının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































