Müxalifət İşçi Partiyasının üzvü, Londonun Bələdiyyə başçısı Sadiq Xan Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxmasından (Brexit) sonra daha bir referenduma ehtiyac olduğunu bildirib.
Sadiq Xan "The Observer" jurnalında dərc edilən məqaləsində qeyd edir ki, Aİ-dən çıxma prosesi ölkə iqtisadiyyatı, əmək bazarı və səhiyyə sistemi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Böyük Britaniyanın altı ay ərzində Aİ-dən çıxması gözlənilir, ancaq hökumət və Brüssel arasında hər hansı bir razılaşma əldə olunmayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey "The Sunday Telegraph" qəzetinə açıqlamasında hökumətin yeni bir referenduma razılıq verməyəcəyini diqqətə çatdırıb. (azərtac)
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































