İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ölkəsinin BMT-yə ayırdığı maliyyənin miqdarını azaltmağı müzakirə edəcəyini bildirib.
Mediainfo.az AzərTac-a istinadla xəbər verir ki, Matteo Salvini bu fikri BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin İtaliyaya miqrantlarla bağlı monitorinq qrupunu göndərəcəyi barədə bəyanatından sonra deyib.
"Hər il BMT-nin hesabına 100 milyon avrodan çox pul ödəyən İtaliya hökuməti bu vəsaitlərdən nə dərəcədə məqsədəuyğun istifadə edildiyinin yoxlanılmasını zəruri hesab edir. BMT nədənsə bir sıra ölkələrdə tətbiq edilən ölüm cəzası, işgəncə və qeyri-humanist davranışlar kimi ciddi problemlərə nəzər yetirmir. O, monitorinq komissiyasını həmin ölkələrə göndərməlidir. İrqçiliyi İtaliyada yox, başqa yerdə axtarın", – deyə daxili işlər naziri Matteo Salvini bildirib.
"İtaliyada Afrika mənşəli miqrantlara və qaraçılara təzyiqlər, irqçilik və zorakılığın artması barədə məlumatları dəyərləndirmək üçün oraya monitorinq qrupu göndərmək niyyətindəyik",- deyən Mişel Baçelet Avstriyada da eyni məqsədlə monitorinq aparılacağını söyləyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































