Bu şərabdan içib, maşın sürə bilərsiniz

Bu şərabdan içib, maşın sürə bilərsiniz

Az-Qranata MMC-nin "Rübai Mədrəsə" şərabını içib sükan arxasına əyləşsəniz, polis sizi saxlamayacaq.

Mediainfo.az xəbər verir ki, bu sözləri "Az-Granata" şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov içki həvəskarlarını maraqlandıran spirtsiz şərabla bağlı Modern.az-a müsahibəsində bildirib.

MMC rəsmisi qeyd edir ki, Az-Qranata MMC istehsalı olan "0 faiz spirtli" məhsulu içib rahatlıqla sükan arxasına əyləşmək olar:

"Çünki heç bir polis yoxlama zamanı spirt aşkarlaya bilməz. Adi limonad kimidir. Sərxoş olmaq da mümkün deyil. Mən əminəm ki, yaxın gələcəkdə toylarda limonadların əvəzinə bizim spirtsiz məhsullarımız veriləcək".

Qeyd edək ki, "0 faiz spirtli" içki hazırlanarkən əvvəl tərkibində spirt olur. Daha sonra çaxır Almaniya istehsalı olan vakuum aparatına göndərilir. 40 dərəcə selsi temperaturda qaynayır. (Adi su 100 selsi dərəcədə qaynayır). Qaynayanda mayenin üstündəki su sorulur, sorulduqca orada vakuum yaranır. Vakuum yarananda maye 100 yox, 40 dərəcədə qaynamağa başlayır. Qaynama zamanı spirt ən tez uçur. Spirt adi şəraitdə 78 dərəcə selsidə qaynayır. Vakuum aparatında 40 dərəcə selsidə qaynayan çaxırın tərkibindəki spirt tamamilə yox olur. Ona görə də şərabın dadında heç bir kənar tamlar əmələ gəlmir.

Bildirək ki, bu şərab Azərbaycan tarixində ilk dəfə Az-Granata MMC-də istehsal edilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az