"Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb".
Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq qalmış məbləğlərin layihələrə yönəldilməsi nəzərdə tutulub.
"Xarici borcların qaytarılması limit çərçivəsində olmalıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq", - nazir vurğulayıb.
S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: " Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır".
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































