Azərbaycana 236 milyard dollar investisiya qoyulub

Azərbaycana 236 milyard dollar investisiya qoyulub

2003-2017-ci ildə bütün mənbələrdən Azərbaycana 236 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

Bu barədə Baş nazirin birinci müavini Yaqub Eyyubov sentyabrın 7-də Bakıda işə başlayan "Azərbaycan Rəqabətlilik Forumu 2018"də deyib.

Yaqub Eyyubov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ÜDM 3,6 dəfə artıb, özəl sektorun ÜDM-də xüsusi çəkisi 83,8 faizə çatıb. Qeyri-neft sektorunda son 15 ildə orta illik artım tempi 8,1 faiz olub.

"2003-2017-ci illərdə qeyri-neft sənayesində 2,6 dəfə, kənd təsərrüfatında 1,8 dəfə, tikintidə 4,9 dəfə, ticarətdə 4,5 dəfə, turizm sektorunda 20,2 dəfə, nəqliyyat sektorunda 3,1 dəfə və rabitə sektorunda 14,5 dəfə iqtisadi artım qeydə alınıb", - deyə Baş nazirin birinci müavini qeyd edib. AzərTac

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az