ETSN Acınohurda yeni yoxlamalar keçirib

ETSN Acınohurda yeni yoxlamalar keçirib

Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin üçün istifadə edilməsi ilə bağlı ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən sözügedən əraziyə yenidən baxış keçirilib.

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən "Aqroinkişaf-2017" MMC-yə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.

Nazirliyin əməkdaşları tərəfindən bir daha şirkət nümayəndələrinə bildirilib ki, Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə təsərrüfat-tədqiqat işləri aparıldığı dövrdə ceyranların yaşam şəraitinə təsir göstərən amillərə riayət olunsun. Ceyranların intensiv hərəkətinin qeydə alındığı Acınohur gölünün cənub və Mingəçevir su anbarının şimal hissəsində fermerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı ETSN-nin yerli qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az