Birləşmiş Ştatlar Pakistana ayrılmalı olan 300 milyon dollarlıq yardımdan tamamilə imtina edib.
Bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Koun Folkner "Reuters"ə deyib.
Söhbət ilkin olaraq anti-terror əməliyyatları öncəsi Pakistana yardım üçün nəzərdə tutulan vəsaitlərdən gedir. Lakin bu, ABŞ prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ilə bağlı yeni strategiyasının elan olunmasından sonra dondurulub. Həmin zaman ABŞ administrasiyası İslamabad tərəfindən yaraqlılarla mübarizəyə sadiqlik nümayiş etdirən inandırıcı addımlar görənə qədər təqribən 900 milyon dolların dondurulduğu qeyd olunmuşdu. Nəticədə bu il ABŞ hökuməti qəti olaraq 500 mln. dolları ayırmaqdan imtina edib, indi isə daha 300 mln. dollarlıq vəsaitlə eyni şəkildə davranmaq qərarına gəlib.
"Pakistanın Cənub-Şərqi Asiyada strategiyaya dəstək göstərilməsi ilə bağlı qətiyyətsiz fəaliyyəti sayəsində yerdə qalan 300 mln. dollar yenidən bölüşdürülüb", - deyə Folkner bildirib.
O izah edib ki, bu vəsaitlər Konqress tərəfindən təsdiq olunarsa, digər "vacib prioritet məsələlərə" sərf olunacaq.Rport
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































