Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.
"Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez - sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.
"Resmi Gazete"də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.
Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.
Türkiyədə təbii qazın qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































