Almaniya kansleri Angela Merkelin Bakıya səfərindən əvvəl Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauser Almaniya ilə Azərbaycan arasında ticarət əlaqələrindən danışıb.
Mediainfo.az AzərTac-a istinadən xəbər verir ki, ilin birinci yarısında (yanvar-iyun) 2018-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrünə nisbətən 16,7 faiz artıb. Fəxri konsul Otto Hauzerin sözlərinə görə, bu müsbət rəqəmlər Azərbaycan üçün aydın iqtisadi artım deməkdir. Alman Federal Statistika Bürosundan verilən məlumata görə, mal dövriyyəsi əvvəlki ilin eyni dövrünə görə 705,9 milyon avro ilə müqayisədə 823,7 milyon avro təşkil edib. Azərbaycandan Almaniyaya idxal 638,6 milyon avro (cari ildə 577,9 milyon avro) təşkil edib. Almaniyadan Azərbaycana ixracat isə 185,1 milyon avro (cari ildə 127,9 milyon avro) olub.
Otto Hauserə görə, idxalda artım yüzdə 10,5, ixracatda isə yüzdə 44,6 təşkil edib.
Fəxri konsul bu müsbət tendensiyanı Azərbaycanda daha yaxşı iqtisadi inkişafın aydın göstəricisi hesab edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































