30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
11 Sentyabr 13:33
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 150-180 kilometrlik hissəsində bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.