Türkiyənin ən böyük ikinci tibbi sığorta şirkəti olan "Acıbadem Sigorta" satılıb.
Yeniavaz.com-un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, "Acıbadem Sigorta"nı mənzil-qərargahı İngiltərədə yerləşən "Bupa" beynəlxalq tibb şirkəti satın alıb.
Məsələ ilə bağlı açıqlama verən "Bupa International Markets"in baş icraçı direktoru Simeon Preston türk şirkətini aldıqlarına görə xoşbəxt olduqlarını deyib: "Acıbadem Sigorta"nın nəzərəçarpan böyüməsi, yüksək səviyyəli idarəetmə komandası və müştəriyə yönümlü yanaşması Türkiyə bazarına daxil olmağımız üçün mükəmməl seçim oldu. Türkiyə bazarını bir neçə ildir izləyirdik və bu bazarın böyümə baxımından mükəmməl fürsətlər verdiyinə inanırıq".
"Acıbadem Sigorta"nın baş direktoru Gökhan Gürcan isə bildirib: "Bupa" ailəsinin bir hissəsi olmağı səbirsizliklə gözləyirik. Birlikdə özümüzü müştərilərimizin daha uzumüddətli, sağlam və xoşbəxt yaşayışları üçün kömək etməyə həsr etmişik. "Bupa"nın satın aldığı şirkətləri güclü şəkildə inkişaf etdirməsi məlumdur".
Malayziyanın "Khazanah" inestisiya şirkəti 2013-cü ildə "Acıbadem Sigorta"nın səhmlərinin 90 faizini "Abraaj Group" və Aydınlar ailəsindən 250 milyon dollara satın almışdı. Təqribən 600 mindən çox müştəriyə səhiyyə sahəsində sığorta xidmətləri göstərən "Acıbadem Sigorta" şirkətinin 500-dən çox işçisi var.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































