Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda təqaüd alan müharibə əlillərinin sayı 21 min 325 nəfər olub. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara görə, bu şəxslərin 14 min 636 nəfəri Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlar, 3 min 480 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardı.
Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 154 manat 57 qəpik olub. Son bir il ərzində, yəni ötən ilin iyul ayının əvvəlindən ötən dövrdə təqaüd alan müharibə əlillərinin sayı 902 nəfər artıb. Bu dövrdə Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanların sayı 785 nəfər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların sayı isə 164 nəfər artıb. (yeniavaz.com)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































