Ərdoğanın çıxışından sonra şirkətlər işə keçdi: ABŞ-a zərbə

Ərdoğanın çıxışından sonra şirkətlər işə keçdi: ABŞ-a zərbə

İri Türkiyə şirkətləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra "Apple" firmasından smartfon alışını dayandırıblar.

Türkiyənin iri ticarət meydançalarından biri olan "Dogubank" təqribən 50 milyon dollar dəyərində Ayfon sifarişindən imtina edib.

Telefonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi.

Bir neçə başqa İstanbul firması və bazarı da sözügedən telefonların alışından imtina edib. Bundan əlavə, riteylerlər telefonla yanaşı Amerika istehsalı olan bütün elekronika məhsullarının tədarükünü dayandırırlar.

ABŞ-dan elektron məhsul alışının boykot edilməsi Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq tətbiq edilib. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az