Rusiya parlamentinin Aşağı Palatası olan Duma-nın Maliyyə Bazarı Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsinin yeni qlobal valyutanın ortaya çıxmasına səbəb olacağını bildirib.
"Qafqazinfo" "Ahaber.com"a istinadən xəbər verir ki, o, təzyiqlərin davam edəcəyi təqdirdə beynəlxalq ödəmələrdə dollardan imtina ediləcəyini söyləyib.
Aksakov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Akrika) öz aralarında ödəmələri həyata keçirmək üçün yeni valyuta yaradılması ehtimalının müzakirə etdiyini vurğulayıb:
"Bu proses 5 il çəkə bilər. Bu rəsmi Vaşinqtondan asılıdır. Əgər ABŞ təzyiqləri davam etdirərsə, digər ölkələr də dollardan imtina etməyə davam edər. Yeni qlobal valyuta ortaya çıxdıqdan sonra dollar dəyərini itirəcək və ABŞ-ın qlobal təsiri də yox olacaq".
Məlumat üçün bildirək ki, dünya əhalisinin yarısı BRICS ölkələrində yaşayır. Qlobal sənayenin isə 30 faizi bu ölkələrdədir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































