Trampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdı

Trampdan Türkiyəyə daha bir zərbə: 2 dəfə bahalaşdı

ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb:

"Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil".

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında 1 dollar 6,17 türk lirəsinə çatıb. Dolların dəyəri cəmi üç saat içərisində 59 quruş bahalaşıb. (axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az