Türkiyə rəsmilərinin ABŞ-la münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Vaşinqtona səfər etmələri xəbəri türk lirəsini müvəqqəti bahalaşdırsa da, səfərin nəticəsiz qalmasına dair açıqlamalar yenidən Türkiyənin milli valyutasını ucuzlaşdırdı. Hazırda Türkiyədə dolların məzənnəsi 6 lirə civarındadır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, "Report"un analitik qrupu hesab edir ki, qonşu ölkənin valyuta bazarındakı vəziyyəti sabitləşdirmək üçün iqtisadi rıçaq qalmayıb.
Sonuncu dəfə Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almaq üçün valyuta üzrə məcburi ehtiyat normasını aşağı salaraq bazara 2,2 mlrd. ABŞ dolları məbləğində likvidlik verib. Qurum bundan sonra ən yaxşı halda 100 mlrd. dollarlıq valyuta ehtiyatlarının bir hissəsini bazara çıxara bilər, amma bu, əhəmiyyətsizdir.
Bu gün Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin mövcud vəziyyət barədə açıqlama verəcəyi gözlənilir. Görünən odur ki, qurum Mərkəzi Bankla keçirdiyi görüşlərdən sonra valyuta bazarındakı gərginliyin bir müddət davam edəcəyi qənaətinə gəlib və hökümət ölkə iqtisadiyyatı üzərində təzyiqi azaltmaq üçün "B" Planına keçməyə qərar verib. Söhbət dövlət büdcəsi xərcləmələrində intizamın gücləndirilməsindən, dövlət banklarının iqtisadiyyatı dəstəkləməsindən, valyuta riskinə məruz qalmış iqtisadi suyektlərə dövlət dəstəyinin veriləcəyindən, milli valyutaya inamın artırılması üçün müsbət ismarıclardan gedir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































