Misirdən Rusiyaya 25 milyardlıq lisenziya

Misirdən Rusiyaya 25 milyardlıq lisenziya

Rusiyanın iştirakı və maliyyə dəstəyilə Misirdə ilk Atom Elektrik Stansiyasının (AES) tikilməsi üçün 2020-ci ildə lisenziya veriləcək.

Bu barədə Rusiyanın sənaye və ticarət naziri Georgi Kalamanov məlumat verib.

"AES üzrə tikinti işlərinin aparılması üçün lisenziyanın 2020-ci ildə əldə olunması gözlənilir. Bundan sonra AES-in reaktor bölməsində "ilk betontökmə" mərhələsinə keçmək mümkün olacaq." – deyə, Kalamanov bildirib. Onu da əlavə edib ki, AES-in tikiləcəyi ərazidə mühəndis araşdırma işləri artıq başa çatıb və həmin işlər indi də Aralıq dənizi akvatoriyasının yaxınlığında davam etdirilir.

Xatırladaq ki, 2008-ci ildə Rusiya və Misir atom enerjisindən sülh məqsədlərilə istifadə sahəsində hökumətlərarası müqavilə imzalayıblar. 2015-ci ildə imzalanan müqaviləyə görə isə Misirin Aralıq dənizi sahilindəki Əd-Dəba şəhərində ölkənin ilk AES-nin tikilməsi üçün Rusiya Qahirəyə 25 milyard dollar məbləğində kredit verəcək. Bununla da, Misirdəki AES-in tikintisində iştirak edən Rusiya həm də onun maliyyələşməsinin 80 faizini öz üzərinə götürüb. AES-in tikilməsi üzrə bu layihənin 12 il müddətinə reallaşacaq.(azvision.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az