“Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək"

“Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək"

Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar.

Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Biz bunu artıq Avropa İttifaqının rəhbərliyi ilə müzakirə etmişik", deyə D.Tramp vurğulayıb.

C.Konte isə ABŞ prezidenti ilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, iyulun 25-də ABŞ prezidenti Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri qəbul edib. Ağ Evdə keçirilmiş görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.Apa

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az