Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün xarici ölkələrdən 6 ayda 112 adda 200-ə yaxın texnika gətirilib.
Mediainfo.az axar.az-a stinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov deyib. O bildirib ki, Çin tərəfindən yardım məqsədilə 8,2 milyon dollar dəyərində texnika təmənnasız olaraq Azərbaycana verilib:
"Çevik texniki yardım və servis mərkəzləri üçün çoxsaylı avadanlıq alınıb. Yollarda yaranan problemlərin aradan qaldırılması, yolların təmir və bərpası, eləcə də yolların təmizliyini təmin etmək üçün magistral yollarda buz təmizləyən, vakum sorucu komunal maşınlar və s var. Bu, yol infrastrukturunda böyük potensialın əldə olunması deməkdir".
E.Cəfərov qeyd edib ki, Çin və Azərbaycan arasındakı dostluq münasibətləri çərçivəsində yardımlar davam edəcək:
"Belarus, Çin, İsveçrə, Türkiyə, İtaliya, Amerika, Çexiya və digər ölkələrdən alınan texnikaların hazırda sayı 200-ə yaxındır. Bu hələ hamısı deyil. Bəzi texnikalar da gətiriləcək, mərkəzi küçələrdə istifadə ediləcək. Azərbaycanda təmirə ehtiyacı olan 50-ə yaxın vakum sorucu maşınlar var. Bu baxımdan yeni gətirilən texnikalar iqlimlə əlaqədar olaraq isidici və sərinlədici sistemlərlə təchiz edilib. Bu isə əməkdaşların iş prosesi zamanı hava şəraiti ilə əlaqədar yaşadığı çətinlikləri aradan qaldıracaq".
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































