Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti bir neçə gündür hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.
Mediainfo.az saytının verdiyi xəbərə görə, Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, maşinist peşəsinə yiyiələnmək istəyənlərin sənəd qəbulu davam edir:
"12 iyul axşam saatlarına olan məlumata görə, ümulikdə 210 nəfər müraciət edib. Onlardan 9 nəfəri xanımlardır".
B.Məmmədov həmçinin deyib ki, indiyədək metropolitendə qadın maşinist olmayıb:
"Əgər müraciət edən xanımlar ilkin müsabiqəni keçsələr və təlimlərə qatılıb onu da uğurla başa vursalar, onlar da maşinist olacaqlar".
Qeyd edək ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:
• yaşı 24-30 arasında olan;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq"bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi "maşinist" göstərilməlidir.
Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































