Bizim İtaliya hökuməti ilə heç bir problemimiz yoxdur və inanıram ki, olmayacaq.
Bunu "Report"a açıqlamasında SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
İtaliyanın yeni hökumətinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin ölkəyə faydası olmadığı barədə açıqlamaları şərh edən V. Bəylərbəyov xatırladıb ki, bundan sonra İtaliya hökumətinin layihə ilə bağlı fərqli açıqlaması olub.
O, İtaliya ilə əlaqələrdən də danışaraq qeyd edib ki, Azərbaycan İtaliya bazarında maraqlıdır və maraqlı olacaq. O vurğulayıb ki, Azərbaycan neft ixracının əsas hissəsi İtaliyaya gedir:"Amma bizim əməkdaşlıq təkcə qaz və neftlə bağlı deyil. Əsas bizim ölkələr arasında dostluq əlaqələridir. Biz iki ölkə arasındakı əməkdaşlıqda daha çox şirkət görmək istəyirik".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































