zərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.
Dövlət Statistika Komitəsi də iyun ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb. Bahalaşmanın səbəblərini araşdırmağa çalışdıq.
Minval.info xəbər verir ki, Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Oxu.Az-a bildirib ki, yumurtanın və toyuq ətinin bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır.
Belə ki, yemin qiyməti bahalaşdığından istehsalçılar məhsullarının qiymətini qaldırmağa məcbur olublar:
"İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır. Yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir".
A.Vəliyev deyir ki, ölkənin broyler təsərrüfatı 60 faiz xaricdən asılıdır. Onun sözlərinə görə, yemin 80 faizi xaricdən idxal edilir.
Məlum oldu ki, yüksək kalorili yem hesab edilən soyanın tonu 900 manatdan 1400 manata yüksəlib:
"Eləcə də, qarğıdalının tonu 300 manatdan 450 manata yüksəlib. Təəssüf ki, məhsul idxal etdiyimiz tərəfdaşlarımız mövsümi amillərdən istifadə edirlər".
A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətində artım müvəqqətidir.
Onu da qeyd edək ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığından qiyməti aşağı düşməlidir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































